• Pilot Layihə - Külək elektrik stansiyası
  • Azərbaycanda istixana layihəsi
  • Su layihəsi
  • Kənd təssərrüfatı layihələri
1 2 3 4

CTC Agro

2006-cı ildə fəaliyyətə başlamış “CTC Agro” şirkəti qısa müddət ərzində bir sıra uğurlu layihələrə imza atmışdır. Müəssisə Xızı rayonunda İçməli suya olan tələbatı ödəmək üçün illik istehsalı 5 mln.ton həcmində olan içməli su zavodunun inşasına başlamışdır.O cümlədən,  “CTC Agro” şirkəti Azərbaycanda və dünya bazarında süfrə üzüm sortlarına olan təlaəbatı qarşılamaq üçün Xızı rayonunda ümumi sahəsi 100 hektar olan süfrə üzüm sortunun yetişdirilməsi üçün plantasiya salır.

Şirkətin davamlı fəaliyyət istiqamətlərindən birini Avropa, MDB və Baltikyanı ölkələrdən yüksək keyfiyyət və zəmanətlə istehsal olunan qida məhsullarının Azərbaycana gətirilməsi təşkil edir. Sağlam qida prinsipini əsas tutan şirkətimiz daha çox təlabat olan məhsulları – toyuq əti, mal əti, bitki və kərə yağlarının idxalını həyata keçirir.

 

Azərbaycanda istixana layihəsi

“CTC Agro”-nun həyata keçirdiyi müasir tipli istixana layihəsi Bakı şəhəri, Binə qəsəbəsində yerləşir.43 hektar ərazini əhatə edən layihənin əsas məqsədi ilin əkinçilik üçün xarakterik olmayan fəsillərində əhalinin kənd təsərrüfatı məhsulları-pomidor,xiyar,qızılgül ilə təmin etməkdir. Layihə bir neçə mərhələdən ibarətdir ki,birinci mərhələdə 10 hektar,sonrakı mərhələdə isə bu rəqəmin artırılaraq 43 hektara çatdırılması nəzərdə tutulur.Layihənin həyata keçirilməsində qabaqcıl Holland texnologiyasından istifadə olunur.

 

Su layihəsi

Müasir dövrümüzdə süfrə suyuna olan tələbat sürətlə artmaqdadır.Bunu nəzərə alaraq “CTC Agro”  Xızı rayonu ərazisində su doldurma xətlərinin quraşdırılmasına başlayıb. Bunun üçün Xızı dağlarında yerləşən bulaqlardan uzunluğu 10 km olan su kəməri çəkilmişdir. Su müasir avadanlıqlarla təchiz olunmuş sexlərdə butulkalara doldurularaq ticarət müəssisələrinə göndəriləcək.

 

 

Günəbaxan yağı

İnkişaf edən bazarın şərtlərinə uyğun olaraq “CTC Agro”  şirkəti xarici ölkələrdən istehsal olunan keyfiyyətli günəbaxan yağlarını idxal edir.”Əl dəyməyən” texnologiya ilə istehsal olunan günəbaxan yağları Azərbaycan və xarici ölkə bazarlarında yüksək tələbatla satılmaqdadır.

 

 

Qarğıdalı yağı

“CTC Agro” şirkəti dəyərli istehlakçılarımızın damaq zövqünə uyğun olaraq xarici ölkələrdən qarğıdalı yağının alışını həyata keçirir.

Alınmış qarğıdalı yağının  Azərbaycan və xarici ölkə bazarlarında yüksək keyfiyyət və zəmanətlə satışını təmin edir.

 

Kərə yağı

Müəssisə təmiz  inək südündən istehsal olunmuş müxtəlif çeşidli kərə yağının Azərbaycan  və xarici bazarlarda satışını təşkil edir.

Müasir texnologiya və yüksək zəmanətlə istehlakçılara təqdim olunmuş kərə yağı Azərbaycan və xarici ölkə bazarları alıcılarının almağa etiraz edə bilməyəcəyi qida  məhsullarındandır.

Tomat pastası

Daim keyfiyyətli məhsul və xidməti əsas hədəf olaraq seçmiş “CTC Agro” şirkəti  idxal kəmiyyəti cəhətdən yüksək inkişafa və perspektivə malikdir.

Birgə müəssisəs xaricdə istehsal olunan Tomat pastasının ölkəmizlə yanaşı xarici ölkə bazarlarında da satışını həyata keçirir.

Tərəvəz məhsulları

Müəssisənin  davamlı fəaliyyət istiqamətlərindən biri də yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalıdır. İlin əkinçilik üçün xarakterik olmayan fəsillərində əhalini kənd təsərrüfatı məhsulları-pomidor,xiyar,bibər məhsulları  ilə təmin etmək üçün şirkət tam avtomatlaşdırılmış istixana kopleksi qurmuşdur. Kompleksdə yetişdirilən tərəvəz məhsulları daxili və xarici bazarda yüksək rəqabətə davam gətirərək özünəməxsus yer tutmaqdadır.

 

Sular və meyvə şirələri

Süfrə sularına artan tələbatı nəzərə alan “CTC Agro“ şirkəti Xızı rayonu ərazisində yüksək keyfiyyətə və zəmanətə cavab verən su doldurma zavodu inşa etmişdir. Xızı dağlarında yerləşən  bulaqların suyu “Qara su”yu adı altında istehlakçılara təqdim olunur. Təbii məhsullara olan ehtiyacı təmin etmək məqsədilə müəssisəmiz  təbii meyvə şirələri istehsalını nəzərdə tutur. İstehsal olunan məhsul əsasən xarici ölkələrə ixrac olunur.

 

CTC Holdingə daxil olan şirkətlər

 

 

 

CTC Turizm

Nazlı Bulaq İstirahət mərkəzi Azərbaycanın möhtəşəm yerlərinin birində, Bakıdan 150km məsafədə, Qubadan 25 km məsafədə çayların...

 

CTC Agro

2006-cı ildə fəaliyyətə başlamış “CTC Agro” şirkəti qısa müddət ərzində bir sıra uğurlu layihələrə imza atmışdır. Müəssisə Xızı rayonunda...

 

CTC Association

CTC Association müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini nizamnamə ilə 2008-ci ildə Vergilər Departamenti...