“Xınalıq İM” MMC
"Xınalıq İM" MMC 2000-ci ildən qeydiyyata alınmışdır və turizm sahəsində fəaliyyət göstərməkdədir. Şirkətin tərkibində olan Nazlı Bulaq İstirahət mərkəzi Azərbaycanın möhtəşəm yerlərinin birində, Bakıdan 150km, Qubadan 25 km məsafədə çayların ətrafında, dağların arasında yerləşir. İstirahət mərkəzinə rahat kotteclər, 24 saat otaq servisləri, internetə giriş, iclas zalı, mini-klublar, milli mətbəxi ilə zəngin restoran, park xidməti, camaşırxana, şou proqramlar, bar, futbol, stol üstü tenis və voleybol oyunları üçün meydançalar daxildir.
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi. 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
Cənubi Qafqazda, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Avropa və Mərkəzi Asiya arasında qapı rolunu oynayır. Bu möhtəşəm ölkə gözəl təbiəti, qədim tarixi və mədəniyyəti, müxtəlif mədəniyyətləri özündə birləşdirən adət-ənənələri, habelə, qədim məskənləri ilə məhşurdur. Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu diyar tarixin bütün mərhələlərinin inkişaf dövrünü yaşamışdır. 11 iqlimin 9unun bu ölkədə yerləşməsi, təbii ehtiyatları insanların bu ölkəyə olan marağını artırır. Azərbaycana gələn turistlər onun təbiətinə, təmiz havasına və neft quyularına heyran qalır. Azərbaycanın bitki və heyvanat aləmi çox zəngindir, həmçinin dünyada yetişən bütün növ dərman bitkiləri Azərbaycanda da yetişir.
Qubanın tarixi, turizm və tarixi abidələri Zəngin təbiətə və tarixə malik Quba Azərbaycanın ictima-iqtisadi, siyasi və mədəni həyatında böyük rol oynayır. Qubada Gültəpə, Çarıqtəpə,Pirtəpə və digər türbələri, məbəd və məqbərərləri, həmçinin XIX əsər aid Hacı Cəfər, Şəkixanım məscidləri, də daxil olmaqla 134 tarixi-arxeoloji abidələri vardır. Xınalıq kəndi özünün nadir xarakterik xüsusiyyətləri malik , müxtəlif etnoqrafik qruplara məxsus olan yüksək mədəniyyətə malik yaşayış məskənləri yerləşən tarixi bir ərazidir. Kəndin müxtəlif dini mənşəyə sahib sakinləri əsrlər boyu bu ərazidə birgə yaşamışlar və bu isə ölkəmizdə olan tolerantlığın briz nümunəsidir. Son zamanlar, Qubada otellər, turzim obyektləri, sənaye müəssisələrinin tikintisi, yeni yolların çəkilişi kimi bir sıra vacib lahiyələr həayata keçirilir. Qubanın tarixi görünüşünü qoruyub saxlamaq , qədim abidələrin bərpası və turizm imkanlarından səmərəli istifadə şəhərdə bərpa işlərinin genişləndirilməsini zəruri edir.