Kənd Təsərrüfatı
İstixana layihəsi
"CTC Holdinq"ASC-nin həyata keçirdiyi müasir tipli istixana layihəsi Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yerləşir. 21 hektar ərazini əhatə edən layihənin əsas məqsədi ilin əkinçilik üçün xarakterik olmayan fəsillərində əhalinin kənd təsərrüfatı məhsulları-pomidor, xiyar, qızılgül ilə təmin etməkdir. Layihə bir neçə mərhələdən ibarətdir ki, birinci mərhələdə 21 hektar, sonrakı mərhələdə isə bu rəqəmin artırılaraq 43 hektara çatdırılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində qabaqcıl Holland texnologiyasından istifadə olunur.
Heyvandarlıq layihəsi
Şirkətimiz Xızı rayonu ərazisində heyvandarlığın inkişaf etdirilməsi proqramı çərçivəsində uzunluğu 35 m, eni 10 metr olan 6 ədəd iribuynuzlu heyvandarlıq kompleksi inşa etdirərək istifadəyə vermişdir. Hər kompleksin daxilində çoban evləri, anbarlar və su hövzələri var.
Eyni zamanda, heyvandarlığın inkişafı olaraq son illərdə Avropa və Ukraynadan iribuynuzlu heyvanlar gətirilmişdir.
Qida sektoru
Holdinqdin tərkibində fəaliyyət göstərən şirkətlərdən olan Milk Pro MMC süd məhsulları sahəsində faəliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkətin məhsulları daxili tələbatı ödəməklə yanaşı, bir sıra qonşu ölkələrə də ixrac olunur.
Şirkət "Sevimli Dad", "Sonti", "4U", və digər yüksək keyfiyyətli markalar yaradaraq yerli məhsulların dünya bazarlarında da rəqabətə davamlı olmasını təmin edir.
Bağçılıq, meyvəçilik
CTC Holdinq olaraq hazırladığımız Meyvə Bağları Türkiyədən gətirilən gilas, alma, nektarin, üzüm. ərik tingləri ilə təmin edilmişdir. Cordia, Regina, Royal King, Galavala Gala, Golden Ginger, Venus, Orion, Redjim, Black Splendor, Red Globe, Superior Seedless növləri Türkiyədən gətirilir. Bu ağacların məhsulu olan məhsullar digər növlərə görə daha zəngin tərkiblərə malik olurlar.
Meyvə Bağlarımız Quba- Qusar rayonları ərazisində 200 Hektar ərazini əhatə edir. Qeyd edək ki, bu ərazilər xüsusilə seçilib və bağçılıq üçün zəngin olan münbit torpaq örtüyünə malikdir. Həmçinin xüsusi suvarma texnikaları ilə ağac və bağlarımız mümkün qədər çox su ilə təmin edilir.Planlarımız çərçivəsində sonrakı illərdə Meyvə Bağlarımızın sahəsi genişlənəcəkdir, daha fərqli ərazilər və digər rayonlarda belə bağlarımız olacaqdır. Yüksək dərəcəli aqrotexniki dəstək hesabına bu ağaclardan ibarət olan Meyvə Bağlarımız Azərbaycanın həm öz yerli bazarına, həm də xarici bazarlara ixrac etməsi üçün məhsullar verəcəkdir.