“Xızı Aqro Park” MMC
"Xızı Agro Park" MMC 2005-ci ildən kənd təsərüfatı sahəsində fəaliyyətə başlamışdır.2012-ci ilədək əsas fəliyyət istiqaməti əkinciliklə yanaşı xırda buynuzlu heyvandarlıq olmuşdur. 2012-ci ildən etibarən yuxarda adları cəkilən fəaliyyələrlə yanaşı Macarıstandan idxal edilən iribuynuzlu cins heyvanlarla ətlik və südlük istiqamətli heyvandarlığa başlanmışdır.
Təsərrüfat üçün yem tədarükü Xızı rayonu ərazisindəki 796 ha torpaq sahəsinin becərilməsi ilə təmin edilir. Bundan əlavə 2019-cu ilin sonu, 2020 ci ilin əvvəllərində şirkət tərəfindən ölkəyə damazlıq, boğaz, simmental cinsli heyvanların idxalı həyata keçirilmişdir. Hal-hazırda şirkət damazlıq cins heyvanların idxalını davam etdirir. Əkinə yararlı 796 ha torpaq sahəsində üç istiqamət üzrə (Yonca, Buğda, Arpa) becərilmə işləri aparılır.