“CTC Holding” “KOMMAN” şirkətindən ət emalı avadanlıqları alacaq
Rusiyanın "KOMMAN" şirkəti və Azərbaycanın "CTC Holding"i əməkdaşlıq haqqında memorandum imzalayıb.
Rusiya KİV-nin məlumatına görə, memorandum 27-28 sentyabr 2018-ci il tarixlərində Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.
Memorandum Azərbaycan tərəfi üçün müasir "KOMMAN" avadanlıqlarının tədarükünü və ət emalı sexinin layihələndirilməsini nəzərdə tutur.
"KOMMAN" şirkəti ət kəsimi və emalı üçün texnoloji avadanlıqlar və hazır həllər istehsal edir.
"CTC Holding" 2012-ci ildə təsis edilib. Holdinqə "Bulaq", "CTC Turizm", "CTC Agro" və "CTC Association" şirkətləri daxildir.
Mənbə: www.interfax.az