Haqqımızda
"CTC HOLDİNQ" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra müəssisə) 27.02.1997-ci il tarixində 32851 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respubliksaı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatın alınmış "CTC HOLDİNQ" MMC-nin hüquqi varisidir və onun bazasında yaradılmışdır. Cəmiyyət təkrar qeydiyyat üçün Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kammersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Azərbaycan Rеspublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınaraq, Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən 31.10.2014-cü il tarixli, 1401020047814800 saylı Dövlət Reyestrindən Çıxarış verilmişdir.
1997-ci ildə yaradılmış "CTC Holdinq" tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. Holdinqə daxil olan şirkətlər aşağıdakılardır.
- "Xızı Aqro Park" MMC
- "Aqro Qida" MMC
- "Xınalıq İM" MMC
- "CTC Servis" MMC
- "CTC İnvest" MMC
- "MEAT DAİRY" MMC
- "MİLK PRO" MMC
Holdinqin tərkibində olan "Xızı Aqro Park" MMC və "Aqro Qida" MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərdir. Şirkətlərin əsas fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində qurulmuşdur.
"CTC Servis" MMC, "CTC İnvest" MMC və "MEAT DAİRY" MMC Azərbaycanda və ölkə xaricində müxtəlif növ kənd təsərrüfatı texnika və avadanlıqlarının alışı və satışı ilə fəaliyyət göstərməkdədir. Holdinqin tərkibinə Quba rayonunda yerləşən istirahət kompleksidə daxildir."Xınalıq İM"MMC tərkibində "Nazlı Bulaq" İstirahət mərkəzi olmaqla turizm sahəsində faəliyyət göstərməkdədir. Nazlı Bulaq İstirahət Mərkəzi Azərbaycanın möhtəşəm yerlərinin birində, Bakıdan 150km, Qubadan 25 km məsafədə çayların ətrafında, dağların arasında yerləşir.
"MİLK PRO" MMC süd və süd məhsullarının istehsalı ilə məşğuldur, yerli bazarla yanaşı Rusiya, Qazaxıstan və bir sıra ölkələrlə əməkdaşlıq etməkdədir.