Close

Tez-tez Verilən Suallar

1. CTC Holdinq-də vakansiyalar barədə haradan məlumat əldə edə bilərəm?

Bütün vakansiyalar Vakant yerlər səhifəsində əks olunur. Burada qoyulmuş tələblərə cavab verdiyiniz halda CV forması səhifəsinə keçid edib, uyğun vakant yeri seçib müraciət edə bilərsiniz.

 

2. Əgər profilimə uyğun vakansiyanı tapa bilmirəmsə, nə etməliyəm?

CV forması səhifəsinə keçid edib "Gələcək vakansiyalar üçün müraciət et" opsiyasını  seçməklə gələcəkdə yaranacaq müvafiq vakansiya(lar) üçün müraciət  edə bilərsiniz.

 

3. Yarımştat vakansiyalarınız varmı?

Vakant vəzifənin yarım ştat olduğu haqqında məlumatı Vakant yerlər səhifəsində müvafiq vakansiyanin təsvirində tapa bilərsiniz.

 

4. Elektron poçt vasitəsilə CV qəbul edirsinizmi?

CTC Holdinq-in daxili İşə Qəbul Proseduruna uyğun olaraq, bütün namizədlər vakansiyalar üçün CV forması saytı vasitəsilə müraciət etməlidirlər.

 

5. Müraciətimin qəbul olunub-olunmadığını necə yoxlaya bilərəm?

Hər dəfə yeni vakansiya üçün müraciət etdikdə, CV forması uğurla göndərildikdən sonra müraciətinizin qəbul olunduğu barədə dərhal təsdiq bildirişi görsənəcəkdir.

 

6. Vakansiya üçün müraciət etdikdə cəhd uğursuz oldu. Nə etməliyəm?

Vakansiya üçün müraciətiniz haqqında müvafiq təsdiq məktubu almamısınızsa, aşağıdakı addımları etməyiniz tövsiyə olunur:

1. Vakansiya üçün müraciət edərkən elektron poçt ünvanınızı düzgün şəkildə yazdığınıza əmin olun;

2. Bütün vacib sahələrin düzgün doldurulduğunu yoxlayın

3. Şəkil yükləyərkən faylın göstərilən tələblərə cavab verdiyini yoxlayın

 

7. İşə Müraciət Formasını doldurarkən texniki problem olduqda hara müraciət etməliyəm?

Texniki problemlərlə əlaqədar ad, soyad, əlaqə nömrəsi və problemin ətraflı izahını info@ctcholding.az elektron ünvana yaza bilərsiniz.

 

8. Hər dəfə yeni vakansiyaya müraciət etmək istədikdə yeni müraciət formasını doldurmağa ehtiyac varmı?

Bəli, hər yeni müraciət üçün yeni CV forması göndərilməlidir.

 

9. Əgər mənə bir neçə vakansiya maraqlı olarsa mən birdən artıq vakansiyaya müraciət edə bilərəmmi?

Bəli, zəhmət olmasa təcrübənizə və vəzifənin tələblərinə uyğun olan maraqlandığınız bütün vakansiyalara müraciət edin.

 

10. İşə qəbul prosesi neçə mərhələdən ibarətdir?

Vəzifədən asılı olaraq işə qəbul prosesinin mərhələ sayı 2-5 arası dəyişə bilər.

 

11. Müsahibənin nəticəsi barədə nə zaman məlumat veriləcəkdir?

Adətən müsahibə tarixindən sonra 10 iş günü ərzində nəticə barədə namizədə e-poçt və ya telefon zəngi vasitəsilə məlumat verilir. Bu müddət uzandığı halda, namizədlə öncədən əlaqə saxlanılacaq və cavabın gecikmə səbəbi izah ediləcəkdir.

 

12. Müsahibədən sonra əlavə imtahandan keçməyə ehtiyac varmı?

Vəzifədən asılı olaraq müsahibədən öncə və ya sonra test mərhələsi təşkil oluna bilər. Bu barədə öncədən məlumatlandırılacaqsınız.